"Çindən indiyə qədər müayinə, nümunə götürmək üçün ləvazimat gətirməmişik".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı bildirib ki,bu ləvazimatlar Azərbaycanın özündə var idi: "Ehtiyac olam digər ləvazimatlar bəzi AVropa ölkələrindən gətirilib".