COVID-19-a yoluxmuş insanlarda bu virus ağ ciyərlərdə problemlər yaratmaqla yanaşı, beyin nekrozunun (hüceyrə ölümü) inkişafına da səbəb ola bilər.
Lent.az Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən xəbər verir ki, bu barədə Rusiya virusoloqları məlumat verib.
Məlumata görə, koronavirusa yoluxmuş immun sistemi hüceyrələri qana sitokinlər (immun və iltihabi proseslərdə iştirak edən mürəkkəb zülallar) ifraz etməyə başladıqda nekrotik ensefalopatiya (beynin ikitərəfli zədəsi) yaranır. Bu zaman orqanizmdə “sitokin fırtınası” baş verir. Bu hadisə müxtəlif nevroloji simptomların yaranmasına gətirib çıxarır və beyində qanaxmaya səbəb olur. Bu halda virus ağ ciyərlərə təsir etməyə də bilər.
Patogen ağ ciyər və beyindən başqa, bütün orqanizmə hücüm etmə potenisalına malikdir. O, xüsusilə ürək-damar sisteminə dağıdıcı təsir göstərir. Pasiyentlərdə tənəffüs problemləri ilə yanaşı, ürək çatışmazlığı da inkişaf edir.