Kəndlilər Bakıya kənd təsərrüfatı məhsulları gətirə bilərmi? – ŞƏRTLƏR AÇIQLANDI- RƏSMİ
10 aprel 2020 11:42 (UTC +04:00)

Kəndlilər Bakıya kənd təsərrüfatı məhsulları gətirə bilərmi? – ŞƏRTLƏR AÇIQLANDI- RƏSMİ

Azərbaycanda koronovarusa qarşı mübarizə tədbirləri çərçivəsində elan olunmuş xüsusi karantin rejimi paytaxta və ölkünin bütün rayonlarına giriş-çixişin məhdudlaşdırılmasını nəzərdə tutur. Belə bir şəraitdə paytaxt əhalisinin bölgələrdən gətirilən kənd təsərrüfatı məhsullarına olan tələbatı necə ödənilə bilər? Məhsulların paytaxt bazarlarına daşınmasında hansı məhdudiyyətlər var?

"Kənd təsərrüfatı məhsulları ancaq orta və iri tonnajlı yük maşınlarında gətirilə bilər".

Bu sözləri Lent.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, insanlar rayonlardan ancaq möhürlənmiş sənəd almaqla kənd təsərrüfatı məhsulları gətirə bilərlər:

“Fermerlərin bölgələrdən Bakıya və ya digər şəhərlərə kənd təsərrüfatı məhsulları aparmasına qadağa yoxdur. Lakin bu zaman da bəzi şərtlərə riayət olunmalıdır. Belə ki, əvvəlcə fermer yaaşdığı ərazi üzrə icra nümayəndəliyindən möhürlü şəkildə sənəd almalıdır. Üstəgəl bu daşınmalar yalnız orta və iri tonnajlı yük avtomobilləri ilə həyata keçirilə bilər".

 

Bəs fərdi qaydada kiminsə öz təsərrüfatının məhsulunu Bakıya satmaq üçün gətirməsi mümkündürmü?

 

K.Əliyev deyir ki, fərdi qaydada kiminsə bir şəhərdən digərinə məhsul aparmasına icazə yoxdur: "Həmçinin iri tonnajlı yük avtomobillərində də məhsul daşınan zaman sürücünün yanında yalnız bir nəfərin gəlməyinə icazə var”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9027
avatar

Mehman Nəbiyev

Oxşar yazılar