Kliniki Tibbi Mərkəzə daha 4 nəfər yerləşdirildi
25 fevral 2020 14:33 (UTC +04:00)

Kliniki Tibbi Mərkəzə daha 4 nəfər yerləşdirildi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin məlumatına əsasən, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün daha 4 nəfər yerləşdirilib: "Həkim müşahidəsinə götürülənlər İran vətəndaşlarıdır. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran  vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir".

Qeyd edək ki, yuxarıda qeyd edilənlər İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18428
avatar

Aygün İbrahimli

Oxşar yazılar