Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün qərarları qüvvədədir.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.
O qeyd edib ki, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət də qüvvədədir: "Evdən çıxmaq üçün 65 yaşdan yuxarı olan şəxslər icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejimini pozmuş kimi sayılır. Eyni zamanda fəaliyyətinə icazə verilən qurumlar da 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq".