Karantin zamanı Bakıda ən çox sərnişin axını nə vaxt qeydə alınıb? - AÇIQLAMA
10 aprel 2020 16:05 (UTC +04:00)

Karantin zamanı Bakıda ən çox sərnişin axını nə vaxt qeydə alınıb? - AÇIQLAMA

Bakıda karantin günlərində ən çox sərnişin axını aprelin 1-də qeydə alınıb.

Bunu Lent.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, aprelin 1-də paytaxt ərazisində 614 min 142 sərnişin marşrut avtobuslarından istifadə ediblər. Aprelin 2-3-də bu rəqəm 550-570 min arasında dəyişib. Aprelin 4-də isə 490 min 330 sərnişin avtobuslardan istifadə edib.

Aprelin 1-dən bu yana ən az götərici aprelin 5-də müşahidə edilib. Bazar günü 177 min 109 sərnişin marşrut avtobusları ilə gediş-gəliş həyata keçiriblər. Ən çox sərnişin axını isə aprelin 9-da qeydə alınıb. Gün ərzində 420 min 724 nəfər sərnişin qismində avtobuslarla daşınıb. Bu rəqəm əvvəlki gündən 24 min nəfər çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1192
avatar

Mehman Nəbiyev

Oxşar yazılar