Karantin yerlərinə götürülənlərin yaxınları bəzən ictimai qaydaları kobudcasına pozur -  Operativ Qərargah
28 fevral 2020 19:47 (UTC +04:00)

Karantin yerlərinə götürülənlərin yaxınları bəzən ictimai qaydaları kobudcasına pozur - Operativ Qərargah

"İrandan Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar". 

Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

Məlumatda qeyd edilir ki, koronavirusun yayılması təhlükəsinə  qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq  mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı  göstəriş verib: "Karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə  mane olan hər bir şəxsə  qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək. Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2717
avatar

Mehman Nəbiyev

Oxşar yazılar