Karantin rejiminin yumşaldılması prosesi dayandırıla bilər - İbrahim Məmmədov
03 iyun 2020 19:16 (UTC +04:00)

Karantin rejiminin yumşaldılması prosesi dayandırıla bilər - İbrahim Məmmədov

“Son günlər ölkədə koronavirusla bağlı yoluxmanın dərəsəsinin artması müşahidə olunur”.

 APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 İ. Məmmədov deyib ki, yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır: “Bu, yeni situsiya yaradıb. Əsas fərq də vətəndaşların karantin rejiminin tələblərinə əməl etməməsidir. Ticarət mərkəzlərində, metroda insanlar karantin rejiminin qaydalarına əməl etmirlər. Buna görə də yenidən karantin rejiminin yumşaldılması prosesinin dayandırılması, o cümlədən yenidən məhdudlaşdırma qaydalarının qoyulması ilə bağlı məsələ aktuallaşır". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2734
avatar

Oxşar yazılar