Karantin rejimi tədricən yumşaldılacaq: tədbirlər planı hazırlanır - Operativ Qərargah
15 aprel 2020 17:28 (UTC +04:00)

Karantin rejimi tədricən yumşaldılacaq: tədbirlər planı hazırlanır - Operativ Qərargah

“Karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planını hazırlayırıq”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı bildirib ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: “Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. Bu ikinci dalğa yoluxmaya səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5037
avatar

Oxşar yazılar