Karantin müxtəlif ölkələrdə necə keçir?
28 mart 2020 14:08 (UTC +04:00)

Karantin müxtəlif ölkələrdə necə keçir?

 

Dünyada koronavirus epidemiyası fonunda hakimiyyətlər yoluxanların sayının sayının artmaması üçün oxşar tədbirlər qəbul edirlər: təhsil müəssisələrinin fəaliyyəti dayandırılır, restoranlar və ticarət mərkəzləri bağlanır, hərəkət məhdudlaşdırılır və insanların evdən çıxması qadağan edilir.Təbii ki, hər ölkənin öz xüsusiyyəti də var. 

Lent.az xarici KİV-ə istinadla müxtəlif ölkələrdə üst-üstə düşən və fərqli karantin qaydalarını təqdim edir.

ABŞ

Karantin var? 

ABŞ-da federal səviyyədə karantin elan edilməyib, lakin hər bir ştat müstəqil şəkildə məhdudlaşdırıcı tədbirlər qəbul edir. Belə ki, Nyu-York, Kaliforniya, İllinoys, Konnektikut, Nyu-Cersi, Miçiqan, Massaçusests, Delaver, Havay, Qərbi Virciniya, İndiana, Luiziana, Nyu-Meksoka, Oreqona və Ohayoda təcili ehtiyac yoxdursa sakinlərə evdən çıxmaq qadağan edilib. Karantin rejimini pozanları cərimə gözləyir. Bu qayda Corciya, Pensilvaniya, Şimali Karolina və Texas şəhərlərində də qüvvədədir. 

Nəqliyyat işləyir? 

ABŞ-da ictimai nəqliyyat işləyir. Hərəkət hətta ölkədəki ümümi yoluxanların yarısına yaxınını – 30 mindən çox - təşkil edən Nyu-Yorkda da dayandırılmayıb. Eyni zamanda Nyu-York, Boston, Los-Anceles, San-Fransisko və Ostinadakı nəqliyyat şirkətləri xidmətin azaldıldığını – məsələn, gecə reysləri ləğv olunub, xəbər veriblər. Bu sərnişinlərin sayının ciddi şəkildə azalması ilə bağlıdır. 

Başqa nə işləyir? 

Əksər hallarda yerli hakimiyyət gündəlik tələbat mallarının satılmadığı mağazaları və müxtəlif istirahət yerlərini – muzeyləri, sərgiləri, teatrları bağlayır. Bundan əlavə, çatdırma xidməti olmayan restoran və kafelərin də işi dayandırılıb. Məktəblər, universitetlər və kolleclər isə məsafədən təhsilə keçib. 

Evdən çölə çıxmaq olar? 

Hətta karantin tətbiq edilən ştatlarda küçəyə çıxmaq olar, lakin bunun üçün insanın əsaslə səbəbi - ərzaq mağazasına, aptekə, yaxud işə getmək kimi olmalıdır. 

Dövlət iqtisadiyyata necə kömək edir? 

Martın ortalarında ABŞ-ın Federal ehtiyat sistemi əsas faiz dərəcəsini 0-0,25 faiz azaldıb ki, bununla iqtisadiyyatın stabilləşməsi mümkün olsun. 
Bundan əlavə, ABŞ-ın Senatı və prezident Donalt Trampın administrasiyası iqtisadiyyatın stimullaşdırlması üçün 2 trilyon dollarlıq tədbirlər paketi yaradıb. 

Hakimiyyət bu vəsait hesabına kiçik biznesi, sənayeni və xəstəxanların işini dəstəkləməyi planlaşdırır. Eyni zamanda amerikalı vətəndaşlara birdəfəlik ödəmələr veriləcək: 1200 dollar yaşlı insanlara, 2400 dollar evli cütlüklərə və yaşı 17-yə qədər olan hər uşaq üçün 500 dollar. 


Rusiya

Karantin var? Rusiyada ümummilli karantin yoxdur, lakin yaxınlarda xaricdən gələn vətəndaşların, eləcə də onlarla yaşayanların iki həftəlik özünütəcridə əməl etməsi vacibdir. Karantin rejimini pozanlar əgər bu başqasının yoluxmasına, yaxud ölümünə səbəb olarsa, cinayət məsuliyyəti nəzərdə tutulur. 

Nəqliyyat işləyir? Rusiya şəhərlərində, eləcə də onların bir-biri arasında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayıb.

Başqa hara işləyir? 

Rusiyada koronavirus aşkar olunanların əksəriyyəti Moskvadadır. Bununla əlaqədar olaraq yerli hakimiyyət orqanları bir sıra məhdudlaşdırıcı tədbirlər görüblər. Şəhərdə məktəblər, universitetlər və kolleclər bağlanıb. Kinotetrların, gecə klublarının, uşaq oyun otaqlarının və əyləncə mərkəzlərinin işi müvəqqəti dayandırılıb. Martın 28-dən aprelin 5-dən Moskvada ictimai iaşə müəssisələri bağlı olacaq. 

Evdən çıxmaq olar? 

Hamının evdən çıxması mümkündür, ancaq xroniki xəstəliklərdən əziyyət çəkən və yaşları 65-dən yuxarı olanlara özünü təcrid məsləhət görülüb. 

Dövlət iqtisadiyyata necə kömək edir?

Rusiya prezidenti Vladimir Putin virusa görə gəliri 30 faizdən çox aşağı düşənlərə istehlak və ipoteka üzrə kreditlərinin ödənilməsi üzrə təxirə salma hüququ, eyni zamanda işsizlik müavinətlərini artıracağını elan edib.

Bundan əlavə, kiçik və orta biznes şirkətlərinə 6 ay vergilər üzrə möhlət veriləcək. epidemiyadan zərərçəkənlərin iflasına moratorium tətbiq ediləcək.

Həmçinin dövlət büdcəsinin ehtiyatından böhran əleyhinə fondun yaradılmasına minimum 300 milyard rubl ayrılacaq. 

Moskvada yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri olanlara kompensasiya 4 min rubl, Moskva ətrafında isə 3 min rubl təşkil edəcək. 


İtaliya 

Karantin var?

İtaliyada martın 10-dan milli karantrin qüvvədədir. Onu pozanları 3 min avro cərimə, yaxud 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Nəqliyyat işləyir?

Bəli, lakin onunla yalnız işə gedənlər və həyati vacib müəssisələrin əməkdaşları, həkimə ehtiyacı olanlar, eləcə də son dərəcə vacib hallarda harasa getməli olanlar istifadə edə bilərlər. Bundan əlavə, bələdiyyə qeydiyyatı olmayan şəxsi nəqliyyatdan istifadə qadağandır.

Daha haralar işləyir?

Demək olar heç yer. Aprelin 3-dək ölkədə birbaşa həyati əhəmiyyətli olmayan bütün müəssisələr bağlıdır. Yalnız xəstəxanalar, ərzaq mağazaları, apteklər, poçt şöbələri və banklar açıqdırlar. 

Evdən çıxmaq olarmı?

İtaliya sakinlərinə vacib ehtiyac olmadan küçəyə çıxmaq qadağan olunub. Ərzaq, yaxud dərman üçün bir nəfər yalnız bir dəfə evdən çıxa bilər. İşə gedənlərin işəgötürəndən arayışı olmalıdır. Burada insanın uzaqdan işləyə bilməməsi qeyd edilməlidir. 


Dövlət iqtisadiyyata necə kömək edir?

İqtisadiyyatın dəstəklənməsi üçün İtaliya hökuməti 25 milyard avro ayırıb. Bu pul kiçik və orta biznes sinfinin dəstəklənməsinə, karantinə görə işini itirənlərə, eləcə də gəliri 25 faizdən çox aşağı düşən şirkətlərə kompensasiya kimi veriləcək. 


Almaniya

Karantin var?

Almaniyada qismən səyahət qadağası tətbiq olunur, lakin fedral karantin yoxdur. Martın 23-dən ictimai yerlərdə ailə üzvləri, yaxud mənzil qonşuları olmaq şərtilə iki nəfərdən çox adam ictimai yerə toplaşa bilməz. Qalan insanlar metr yarım məsafəsinə əməl etməlidir. 

Nəqliyyat işləyir?

Bəli, ictimai nəqliyyat işləməkdə davam edir. “Deutsche Bahn” milli dəmir yolu şirkəti sərnişin daşımalarını azaldıb, marşrutlardan biletləri yoxlayan nəzarətçilər yığışdırılıb. Berlində avtobuslara minmə qaydaları dəyişib – indi yalnız arxa qapılardan etmək olar. Bundan əlavə, sürücülər gediş haqqını qəbul etmədikləri üçün sərnişinlərdən biletləri əvvəlcədən almaq xahiş olunur. 

Daha nə işləyir?

Ölkədə bütün restoranlar, kafelər, barlar, bərbərxanalar və kosmetika studiyaları bağlıdır. Bundan başqa, aprelin 20-dək məktəblər və uşaq bağçaları işləməyəcəklər. 

Evdən çıxmaq olar?
Almaniya sakinləri vacib ehtiyac yarananda – mağaza, aptek, yaxud işə gedəndə, itlə gəzinti və təmiz havada idmanla məşğul olmaq üçün evdən çıxmaq mümkündür.  

Dövlət iqtisadiyyata necə kömək edir?

Almaniya 2020-ci ildə daha çox virusdan zəzərçəkən müəssisələrin dəstəklənməsi üçün 157 milyard avro xərcləməyi planlaşdırır. Bundan əlavə, hökumət 500 milyard avroluq böhran əleyhinə fond yaradacaq. 

 

Fransa

Karantin var?

Martın 17-dən Fransada ümummilli karantin qüvvədədir və ölkədə hərəkətin məhdudlaşdırılmasını nəzərdə tutur. Rejimi pozanlar 15 min avroya qədər cərimələnə, yaxud 1 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. 

Nəqliyyat işləyir?

Bəli, lakin milli dəmir yolu şirkəti reyslərin sayının azaldıldığını elan edib - əvvəlcə 15 faizə qədər, sonra 7 faizə qədər. 

Daha hara işləyir?

Fransada restoranların, kinoteatrların və gecə klublarının əksəriyyəti işləmir. Bütün məktəb və universitetlər də bağlıdır. Ərzaq mağazaları, apteklər, banklar, tütün məhsulları satan köşklər və yanacaqdoldurma məntəqələri işlərini davam etdirir. 

Evdən çıxmaq olar?

Fransada xüsusi vacib ehtiyac olmadan evdən çıxmaq olmaz. Təcili məsələlərə görə çıxmaq üçün sizin bir arayışınız olmalıdır.

Dövlət iqtisadiyyata necə kömək edir?

Epidemiyaya görə hökumət kiçik və orta bizneslə məşğul olan şirkətlər üçün vergi və kommunal ödəmələri, eləcə də kirayə haqlarını təxirə salıb. Hökumət həmçinin şirkətlər üçün 45 milyard avro məbləğində maliyyə yardımının anonsunu verib və müəssisələr üçün 300 milyard avroluq kreditlər üzrə təminata da hazırdır. 


Çin

Karantin var?

Ölkədə ümummillikarantin tətbiq edilməyib, lakin çoxsaylı məhdudiyyətlər var. Vəziyyətin kritik olduğu bir neçə əyalətdəki qəsəbələr tamamilə bağlanıb. Martın 25-də Çində koronavirus epidemiyasının yayılmasının mərkəzi sayılan Hubey əyalətinə giriş və çıxış məhdudiyyət götürülüb. Aprelin 8-də onun paytaxtı Uhanda hərəkətə qoyulan qadağa da götürüləcək. Orada karantin rejimi yanvarın 23-dən qüvvədə idi.

Nəqliyyat hərəkət edir?

Hakimiyyət koronavirusun epsentri olan Uhan və Hubey əyalətində ictimai nəqliyyatın işini məhdudlaşdırıb. Lakin martın 11-dən yoluxanların sayı azaldığından hərəkətin bərpasına başlanıb. 

Daha hara işləyir?

Martın 23-dən Pekində şəhər heyvanxanası işini bərpa edib, eləcə də Böyük Çin səddi ziyarət üçün açılıb. Bundan əlavə, Çində restoranlar da açıqlamağa başlayıb. Lakin müştərilər məsafəyə əməl etməlidirlər.


Evdən çıxmaq olar?

Temperaturu və digər əlamətləri olmayan Çİn sakinləri evlərini tərk edib işə gedə bilərlər. Bu qayda uhan sakinlərinə də aiddir. 


Dövlət iqtisadiyyata necə kömək edir?

Çin hakimiyyəti öz iqtisadiyatının koronavirusdan əvvəlki normaya qayıtması üçün 395 milyard dollar ayırmağı planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar