KİV-də dövlət dili normalarının pozulmasına görə 1000 manatadək cərimələr müəyyənləşdi
23 iyun 2020 18:52 (UTC +04:00)

KİV-də dövlət dili normalarının pozulmasına görə 1000 manatadək cərimələr müəyyənləşdi


Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6322
avatar

Oxşar yazılar