İyunun 18 və 19-da keçiriləcək buraxılış imtahanlarının qrafiki AÇIQLANDI
08 iyun 2020 18:56 (UTC +04:00)

İyunun 18 və 19-da keçiriləcək buraxılış imtahanlarının qrafiki AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə 18 və 19 iyunda keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

DİM-dən Lent.az-a verilən məlumata görə, 10 və 11 iyunda keçiriləcək imtahanların qrafiki daha əvvəl elan edilib. 18 və 19 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki ilə də aşağıdakı cədvəldə tanış olmaq mümkündür.

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək. 

Qeyd edək ki, hər hansı bir səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

Xatırladaq ki, 10, 11, 18, 19 iyun tarixlərində şəhər və rayonlara uyğun:

• 9-cu sinif üzrə buraxılış imtahanları;

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

Tarix/İmtahan* 10.06.2020   11.06.2020   18.06.2020 19.06.2020
 11-ci sinif cari ilin məzunları
 üçün buraxılış imtahanı
Xətai 
Sumqayıt
(I hissə
Qazax 
Şəki
Cəlilabad 
Göyçay 
Ağdaş
Qusar 
Qobustan
Nərimanov
Abşeron
(I hissə
Ağstafa 
Qəbələ 
Masallı
Kürdəmir 
Ağsu
Şabran
Qaradağ
Goranboy
Göygöl
Sabirabad
Salyan
Tovuz
Gədəbəy
Lənkəran
Lerik
Ağdam,
Beyləqan, Hacıqabul
Pirallahı 
Mingəçevir 
Samux
İmişli 
Neftçala 
Şəmkir 
Astara 
Yardımlı 
Tərtər 
Füzuli 
Biləsuvar
İngilis/ fransız bölmələri
 Azərbaycan dili (dövlət dili) imtahanı
 -Azərbaycan dilindən fərqli dildə təhsil alan
 11-ci sinif cari ilin məzunları üçün
Qaradağ 
Şirvan 
Goranboy 
Göygöl
Daşkəsən
Salyan 
Saatlı
Bərdə (I hissə
Ağcabədi 
Beyləqan
Siyəzən 
Xızı
Pirallahı 
Mingəçevir
Samux
Naftalan 
Neftçala
Hacıqabul 
Tərtər 
Ağdam 
Füzuli
Xətai,
Sumqayıt
(I hissə)
Zaqatala
Qax,
Göyçay 
Ağdaş
Xaçmaz
Nərimanov (Bakı)
Abşeron (I hissə)
Balakən
Oğuz
Kürdəmir
Quba
 - 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı
 - 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
   əvvəlki illərin məzunları üçün qəbul imtahanı 
Goranboy 
Göygöl
Daşkəsən 
Salyan
Saatlı 
Bərdə (I hissə)
Ağcabədi
Beyləqan
Siyəzən
Xızı
Mingəçevir
Samux
Naftalan
Neftçala
Hacıqabul
Tərtər
Ağdam
Füzuli
Sumqayıt (I hissə), Zaqatala 
Qax
Göyçay
Ağdaş
Xaçmaz
Qobustan
Abşeron (I hissə)
Balakən 
Oğuz
Kürdəmir 
Ağsu
Quba
  01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş
  və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin       məzunları üçün qəbul imtahanı 
Qaradağ, Şirvan Pirallahı Xətai Nərimanov
 Azərbaycan dili (dövlət dili) imtahanı –

 - Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif
 cari ilin məzunları üçün

 - 9 illik təhsil bazasında kolleclərə ərizəsini
 rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün
Xətai
Sumqayıt
(I hissə)
Qazax
Şəki
Cəlilabad
Göyçay
Ağdaş 
Qusar
Qobustan
Nərimanov (Bakı)
Abşeron (I hissə)
Ağstafa
Qəbələ
Masall
Kürdəmir
Ağsu
Şabran
Qaradağ
Goranboy
Göygöl
Sabirabad
Salyan 
Tovuz
Gədəbəy
Lənkəran
Beyləqan
Hacıqabul
Pirallahı 
Mingəçevir
Samux
İmişli
Neftçala
Şəmkir,
Astara
Tərtər
Biləsuvar
İngilis/ fransız bölmələri

Qeydlər:

- Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissələrlər adlandırılıb.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

- Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcəkdir.

- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9886
avatar

Aygün İbrahimli

Oxşar yazılar