İtaliyadan qayıtmaq istəyənlərə MÜRACİƏT
12 mart 2020 10:15 (UTC +04:00)

İtaliyadan qayıtmaq istəyənlərə MÜRACİƏT

Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədən qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.

APA-nın xəbərinə görə, Səfirlik İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar İtaliyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarından təcili olaraq, Səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı məlumatları təqdim etmələrini xahiş edir:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;

3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

“Nəzərinizə çatdırırıq ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq”, - deyə müraciətdə bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979
avatar

Oxşar yazılar