İstilk mövsümü tez başlanarsa - "AZƏRİQAZ"DAN AÇIQLAMA
16 oktyabr 2020 17:03 (UTC +04:00)

İstilk mövsümü tez başlanarsa - "AZƏRİQAZ"DAN AÇIQLAMA

İstilik mövsümünə tez başlanılarsa, müvafiq qurumlar hazırlıqlı olmalıdır. Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktubda belə qeyd edilir.

Bu barədə Lent.az-a “Azəriqaz”-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi 2020-ci il noyabrın 2-dək uzadılıb. Eyni zamanda son bir neçə gündə yoluxma hallarının artması nəticəsində regionlarda karantin rejiminin sərtləşdirilməsi tədbirləri görülür. Məhdudiyyətlərin tətbiq olunması və müəyyən qadağaların sərtləşdiriləcəyi nəzərə alınarsa, vətəndaşların fərdi yaşayış evləri və mənzillərində daha çox olacağı qaçılmazdır. Ona görə də istilik mövsümünə daha tez başlanılmasına qərar verilərsə, əhalinin istilik təchizatında çətinliklərin yaranmaması üçün mövsümə hazırlıq bağlı müvafiq tədbirlərin sürətləndirilməsinə zərurət yarana bilər.

Məlumatda qeyd olunub ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev elə bu gün bu barədə müvafiq struktur bölmələrə tapşırıqlar verib. Belə ki, istilik mövsümünə tez başlanılacağı təqdirdə “Azəristiliktəchizat” ASC-nin balansında olan mərkəzləşdirilmiş qazanxanaları qazla təmin edən qaz xətlərinin saz vəziyyətdə olmasına nəzarət gücləndiriləcək, qarşılıqlı olaraq sifarişçi təşkilatla iş fəaliyyəti qurulacaq. Aşkarlanan qüsurlar isə dərhal aradan qaldırılacaq. Birlik öz öhdəsinə düşən işlərin vaxtında, operativ həllinə tam təminat verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Aygün İbrahimli

Oxşar yazılar