İstifadə müddəti ötən qazlı və qazsız sular aşkarlandı - FOTO
21 iyul 2020 10:26 (UTC +04:00)

İstifadə müddəti ötən qazlı və qazsız sular aşkarlandı - FOTO

AQTA əməkdaşları saxlama müddəti ötmüş müxtəlif əmtəə nişanlı qazlı və qazsız su aşkarlayıb.

AQTA-dan Lent.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında Agentliyin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvari 2A ünvanında yerləşən satış məntəqəsində baxış keçiriblər. Həmin obyektdə saxlama müddəti ötmüş və temperatur rejiminə əməl olunmadan “Aqromall” MMC şirkəti tərəfindən saxlanılan, Tacikistan istehsalı olan 15 800 ədəd 0.5 litrlik “Obi Zulol” əmtəə nişanlı su, 8 989 ədəd 0.5 və 1 litrlik “Siyoma” əmtəə nişanlı qazlı və qazsız su, 1000 ədəd isə “Xavotaq” əmtəə nişanlı 1.25 litrlik su aşkarlanıb.

Qanunvericiliyin tələbləri çərçivəsində məhsullar dərhal satışdan kənarlaşdırılıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4024
avatar

Oxşar yazılar