C vitamininin orqanizm üçün əvəzolunmaz faydaları var. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir. e-tibb.az xəbər verir ki, Rusiyadan olan həkim-psixoterapevt, tibb elmləri doktoru, professor Nikolay Kosenkov isti havada orqanizmdə C vitamininə daha çox ehtiyac yarandığını bildirib, bu vitamini qəbul etməyi tövsiyə edib. Həkim bildirib ki, C vitamini isti havada qanın turşu əsasını balansda saxlayır. Yayda, isti havada insan orqanizmində bir çox pozğunluq baş verdiyini açıqlayan həkim onlardan biri -beyinin diffuz işemiyası xəstəliyi barədə danışıb. Onun sözlərinə görə, isti zamanı tez-tez nəfəs aldığımıza görə su-elektrolit balansından başqa, həm də qanın turşuluq balansı dəyişir, turşu-qələvi balansı pozulur qələvilik üstünlük təşkil edir. Bədəndən karbondioksitin həddindən artıq çıxarılması səbəbindən qanın qələviləşməsi də pozulur. Qanın qələviləşməsi beyin arteriyalarının spazmına, periferik genişlənməyə səbəb olur və qan təzyiqi aşağı düşür. Onun sözlərinə görə, diffuz serebral işemiyanın ilkin əlamətləri narahatlıq, diqqət və yaddaşın azalması, ümumi zəiflik, ürək döyüntüsünün artması, qəbizlik və bronxlarda spazm əlamətləri hesab olunur.
Professor, yay mövsümündə C vitamini qəbul etməyi tövsiyə edərək bildirib ki, C vitamini qanın turşu balansındakı dəyişiklikləri mükəmməl şəkildə normallaşdırır, qanda PH-nı (turşuluq və qələvilik dərəcəsi) artıra və azalda bilir...