İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə nazirlikləri və Dövlət Sərhəd Xidməti əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Lent.az-a bildirib ki, payız ağac əkini mövsümündə Azərbaycanın bütün bölgələrində olduğu kimi işğaldan azad olunmuş ərazilərimizdə də müxtəlif cinsli ağaclar, əsasən də Şərq çinarları əkilir: “Ötən həftə Füzuli rayonunun işğaldan azad olunan Qarğabazar kəndinin ərazisində də Şərq çinarları əkilib və palıd toxumları səpilib”.