İşə cəlb olunmayan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
09 iyun 2020 12:43 (UTC +04:00)

İşə cəlb olunmayan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

2019-2020-ci tədris ili başa çatsa da, şagirdlərin sinifdən sinfə keçirilməsi, illik qiymətlərin çıxarılması, məktəb jurnallarında əks olunması və digər bu kimi fəaliyyətlərlə məşğul olmaq üçün müəllimlər işə çıxırlar.

Daha doğrusu, Təhsil Nazirliyinin təlimatı əsasında ümumtəhsil müəssisəsinin direktorunun müəyyən etdiyi qrafik əsasında təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və zərurət olduqda müəllimlər iyunun 15-dək işə cəlb olunurlar.

Bəs xüsusi karantin dövründə ümumi təhsil müəssisələrində müəllimlərin növbəli qrafik üzrə işə cəlbi necə həyata keçirilir?

Lent.az bəzi müəllimlər arasında məsələ ilə bağlı yaranan sualları nəzərə alaraq, Təhsil Nazirliyinin güzəştlərlə bağlı açıqlamasını təqdim edir.

Beləliklə, ümumtəhsil müəssisələrində fəaliyyətə cəlb olunmaq üçün hansı hallarda əməkdaşlara güzəşt olunur?

Qeyd edək ki, bu məsələ üç əsas kateqoriyaya bölünüb. Bu kateqoriyalar da pandemiyaya görə ölkədəki mövcud vəziyyətlə əlaqədardır.

Birinci növbədə öhdəsində azyaşlı (7 yaşına qədər övladı olan) övladı olanların işə cəlbi istisna olunur. Eləcə də yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edənlərin işə çıxması ilə bağlı güzəşt olunur.

İkinci kateqoriyaya daxil olanlar yaşı 65-dən yuxarı olan əməkdaşlardır. Çünki bu kateqoriyadan olanlar koronavirusla bağlı ən böyük risk qrupuna aiddir.

Üçüncü kateqoriyaya isə Bakıda yalnız çalışdığı üçün yaşayan müəllimlərdir. Yəni, karantin başladığı dövürdən respublikanın digər bir regionundakıların işə cəlb olunması tövsiyə olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3193
avatar

Aygün İbrahimli

Oxşar yazılar