İrandan qayıdan 23 azərbaycanlı xəstəxanaya yerləşdirildi - SƏBƏB
25 fevral 2020 18:24 (UTC +04:00)

İrandan qayıdan 23 azərbaycanlı xəstəxanaya yerləşdirildi - SƏBƏB

Azərbaycanın Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Lent.az-a verilən məlumatda bildirilir ki, İranın xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Aygün İbrahimli

Oxşar yazılar