İctimai Şuraların rəhbərlərinin, üzvlərinin birgə onlayn konfransı keçirilib
11 aprel 2020 00:20 (UTC +04:00)

İctimai Şuraların rəhbərlərinin, üzvlərinin birgə onlayn konfransı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən qurumların İctimai Şuralarının rəhbərlərinin, üzvlərinin birgə onlayn konfransı keçirilib.

Lent.az-ın məlumatına görə, konfransda ölkədə pandemiya ilə bağlı yaranmış vəziyyət müzakirə edilib, dövlətin koronavirusa qarşı mübarizə istiqamətində atdığı qabaqlayıcı addımlar müsbət dəyərləndirilib.

Yekunda konfrans nümayəndələri bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir:

"Dünyada koronavirus (COVID-19) faktı qeyd olunduğu ilk vaxtdan bu infeksiyanın yayılma arealını böyük sayıqlıq və həssaslıqla izləyən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva gördükləri qabaqlayıcı tədbirlər sayəsində ölkənin bütün potensialı tam zamanında hərəkətə gətirilmiş, böyük yayılma sürətinə malik bu dəhşətli xəstəliyin Azərbaycanda geniş yayılmasının və milli fəlakətə çevrilməsinin qarşısı alınmışdır. Azərbaycan rəhbərliyinin peşəkar idarəetmə bacarığı, çevik və qətiyyətli qərarları nəticəsində bütün dövlət, özəl və ictimai qurumların koronavirus epidemiyası ilə mübarizəyə qoşulması, eləcə də xalqı sərhəd tanımayan bu bəladan qorumaq üçün vətəndaşların səfərbər olunması və ümummilli həmrəyliyin təmin olunması digər dövlətlərlə müqayisədə ölkəmizdə kütləvi insan tələfatının qarşısının alınmasında mühüm rol oynadı. Virusla mübarizədə misilsiz rol oynayan zəruri tibbi avadanlığın, dərman preparatları və digər qorunma vasitələrinin təcili şəkildə alınıb ölkəyə gətirilməsi, yeni tibbi və istehsal müəssisələrinin qısa müddət ərzində yaradılması ali dövlət rəhbərləyinin təkcə vəzifə məsuliyyəti deyil, həm də ən böyük insanpərvərlik və vətənpərvərlik nümunəsidir.

Bu ağır durumda ölkə rəhbərliyinin koronavirusla böyük miqyaslı mübarizə tədbirlərilə yanaşı, işə çıxmayanların aylıq maaşının dövlət hesabına ödənilməsi, gündəlik gəlirlərindən məhrum olmuş əhali təbəqəsinin, aztəminatlı və çoxuşaqlı ailələrin, ahıl və tənha şəxslərin maddi-sosial təminatı ilə bağlı atdığı addımlar vətəndaşa qayğının ən yüksək təzahürü kimi cəmiyyət tərəfindən minnətdarlıq hissi ilə qiymətləndirilir.

Biz, QHT sektorunun təmsilçiləri, İctimai Şuraların rəhbərləri və üzvləri Cənab Prezidentə və Birinci vitse-prezidentə göstərdikləri fədakarlıq, yüksək vətənpərvərlik, qayğıkeşlik və sarsılmaz milli və dövlətçilik mövqelərinə görə minnətdarlığımızı bildiririk.

Əziz dostlar,

Ölkədə koronavirusun yayılmasına qarşı geniş səfərbərlik və çevik mübarizə apardığımız bir dövrdə ümummmili həmrəyliyimizə qoşulmaq, ümumi işə dəstək vermək əvəzinə hər cür təxribat törədən, mane olanlara da rast gəlirik. Əli Kərimlinin, özlərini Milli Şura adlandıranların və onların xaricdəki havadarlarının birbaşa iştirakı və dəstəyi ilə ölkəmizə qarşı olmazın hədyanlarını yağdıran anti-Azərbaycan şəbəkəsinin tör-töküntüləri, xaricdə gizlənən, adı azərbaycanlı olub, özü düşməndən betər fəaliyyət sərgiləyənlər yenə də millətə qarşı və əks cəbhədə yer alıblar. Onları narahat edən bir səbəb var, o da Azərbaycan dövlətinin öz vətəndaşının qayğısı, onların sağlamlığının əsas götürərək çevik təhülkəsizlik və məhdudlaşdırıcı tədbirlər görməsi və xalq-hakmiyyət münasibətlərindəki böyük həmrəyliyin nümayişidir.

Hazırki durumda koronavirusun tüğyan etdiyi heç bir ölkədə dövlətinə, xalqına, cəmiyyətin sağlamlığı və təhülükəsizliyinə qarşı mübarizə aparan, öz dövləti əlehinə xaincəsinə cəbhə açan ikinci belə qrup adamlara rast gəlmək mümkün deyil. Bu dövlətlərdə nəinki hakimiyyətlə, müxalifət mübarizə aparırlar, əksinə vətənləri, xalqları, cəmiyyətləri naminə bütün umu-küsünü və hakimiyyət davasını bir yana qoyub, hərməylik nümayiş etdirib, bu bəlaya qarşı birgə mücadilə aparırlar. Bizdə isə tam əksinədir. Təsəvvür edin ki, bəzi partiya təmsilçiləri məqsədli şəkildə karantin rejimini pozur, polislə mübahisə edir ki, həbs olunsunlar, sonra bu faktdan hakmiyyətə qarşı xaincəsinə və alçaqcasına istifadə etsinlər. İnsanların həyatının təhlükə ilə qarşı-qarşıya qaldığı dövrdə bunu etmək, nəinki siyasi, heç mənəvi əxlaqa da sığmır.

Əlbəttə, koronavirus keçib gedəcək və hər şey bərpa olunacaq, lakin bu insanların xəyanəti və alçaqlığı unudulmayacaq.

Əziz dostlar,

Biz, ictimai sektorun nümayəndələri olaraq belə mövqeyə susqun qala bilmərik. Biz vətəndaş mövqeyi göstərərək, bu cür insanlara qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Oxşar yazılar