İcbari Tibbi Sığorta Agentliyindən iş adamlarına MÜRACİƏT
29 oktyabr 2020 12:20 (UTC +04:00)

İcbari Tibbi Sığorta Agentliyindən iş adamlarına MÜRACİƏT

Son zamanlar bir çox azərbaycanlı iş adamlarının səhiyyəyə, dolayısı ilə orduya dəstək məqsədli müraciətləri çoxalıb.

Bu barədə Lent.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, iş adamları ölkə üzrə tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılmasına dəstək olurlar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) həmin şəxslərə öz təşəkkürünü bildirib: “

Sözügedən dəstək təşəbbüslərinin artmasını nəzərə alaraq bildiririk ki, tibb müəssisələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın səmərəliliyinin artırılması məqsədilə Agentliyə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı müraciətlərin qeyd edilən elektron poçt ünvanına (support@its.gov.az) göndərilməsi xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862
avatar

Aygün İbrahimli

Oxşar yazılar