İcazəsiz tibbi və əczaçılıq fəaliyyətinə görə CƏRİMƏLƏR müəyyənləşir
14 aprel 2020 15:01 (UTC +04:00)

İcazəsiz tibbi və əczaçılıq fəaliyyətinə görə CƏRİMƏLƏR müəyyənləşir


Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxılmasına görə cərimələr müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 215.4-cü maddədə əksini tapıb. 

Layihəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək  məbləğdə, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1328
avatar

Oxşar yazılar