İTV-nin əməkdaşlarında koronavirus aşkarlandı
18 iyun 2020 15:49 (UTC +04:00)

İTV-nin əməkdaşlarında koronavirus aşkarlandı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin iki əməkdaşı koronavirusa yoluxub.

Şirkətdən Lent.az-a verilən məlumata görə, İTV-də də yoluxma şübhəsi olan əməkdalarla bağlı test verilib və onlardan ikisində nümunələr pozitiv çıxıb. Hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar