Həşəratlar nəsli kəsilmək təhlükəsi ilə üzləşib
17 fevral 2020 19:54 (UTC +04:00)

Həşəratlar nəsli kəsilmək təhlükəsi ilə üzləşib

Dünyada yarım milyon həşərat növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib

Tədqiqatçıların son araşdırmalarına görə, Yer kürəsində həşəratların 500 min növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib. 

Lent.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadən xəbər verir ki, Helsinki Universitetinin mütəxəssisləri 1994-cü ildən artropodların biokütləsinin dinamikasını izləyiblər. Alimlər onun 76 faizinin azaldığını aydınlaşdırıblar. İnsanların fəaliyyəti nəticəsində tezliklə təxminən 40 faiz həşərat növü tamamilə yox ola bilər.

Həşəratların məhv olmasının qida zəncirləri və yaşam yerləri üçün təhlükəli nəticələrə səbəb olacağı da istisna edilmir. Həmçinin biomüxtəliflliyin kritik ixtisarı təhlükəsi mövcuddur ki, bu da ekosistemlərin və bütövlükdə ekologiyanın kütləvi dəyişikliklərinə gətirib çıxara bilər.

Bunun qarşısını almaq üçün alimlər otları tez-tez biçməməyi, bitkilərinin əkilməsi zamanı pestisidlərin istifadəsindən çəkinməyi, qədim ağacları və kötükləri qoruyub-saxlamağı tövsiyə edirlər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330
avatar

Aygün İbrahimli

Oxşar yazılar