Hərbi gəmilərin və uçuş aparatlarının istismarı qaydalarını pozanlar üçün cərimə və cəzalar müəyyənləşir
16 aprel 2020 13:24 (UTC +04:00)

Hərbi gəmilərin və uçuş aparatlarının istismarı qaydalarını pozanlar üçün cərimə və cəzalar müəyyənləşir


Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozmaya görə cərimə və cəzalar müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 618-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 617-ci maddəyə uyuğun olaraq, hərbi uçuş aparatlarının da istismar qaydalarını pozmaya görə cərimə və cəzalar müəyyənləşir.

Layihəyə əsasən, hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Oxşar yazılar