Hökumətdən TÖVSİYƏ: toy və yas mərasimləri keçirilməsin
10 mart 2020 15:48 (UTC +04:00)

Hökumətdən TÖVSİYƏ: toy və yas mərasimləri keçirilməsin

"Nazirlər Kabineti yanında Operativ Qərargah adamların sıx toplaşdığı məkanlarda koronavirusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib.

Bu barədə Lent.az-a Operativ Qərargahdan bildirilib: "Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlardan bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2560
avatar

Oxşar yazılar