Koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlərdən ən birincisi ətrafla təması azaltmaq, evdə qalmaqdan ibarətdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilk tövsiyələrindən biri də belə oldu - "Evdə qal, həyatları xilas et”.
Bir çox insan isə narahatdır ki, evdə qalan zaman səhhəti ilə bağlı hər hansı bir narahatlıq keçirərsə, həkimə necə müraciət etsin? Onu da qeyd edək ki, hətta insanların əksəriyyəti infeksiyaya yoluxmaqdan çəkinərək xəstəxanalara getmək istəmirlər. Eyni zamanda beyinlərdə də bir sual qalır, “görəsən məndə koronavirus yoxdur”?
Lent.az bildirir ki, bütün bu qayğılarınızın, səhhətinizlə bağlı problemlərinizin həllini və sizi narahat edən sualların cavabını elə evdə qalmaqla da həll edə biləcəksiniz. Həkimlərdən online məsləhət ala biləcəyiniz mənbə E-tibb.az-dır. İnfeksionist həkimlər sizin suallarınızı cavablandıracaq.