Həftənin ilk günü üçün hava proqnozu
12 aprel 2020 12:28 (UTC +04:00)

Həftənin ilk günü üçün hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, səhər  bəzi yerlərdə duman, zəif çiskin olacaq.  

Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 7-10° isti, gündüz  12-15° isti, Bakıda  gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer  təzyiqi 765 mm civə sütunundan  771  mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Aprelin 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış,  dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti  olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6019
avatar

Oxşar yazılar