Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a verilən məlumata görə, artıq 150-dən çox insan sənədlərini təqdim edib.
Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gediş-gəliş iyulun 20-dən avqustun 15-dək nəzərdə tutulur: “Zəvvarları aparan ilk təyyarənin iyulun 20-də yola düşəcəyi nəzərdə tutulub.
Həcc ziyarətinə sənəd qəbulu yanvarın 24-dən başlayıb.
Sənədlərin qəbulu Ramazan ayının (may ayının sonu) sonuna kimi davam edəcək.
Həcc ziyarətinə 1500 nəfərlik kvota ayrılıb.
Ziyarətin qiyməti isə bir nəfər üçün 4490 dollar müəyyən edilib.