Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir
11 iyun 2020 17:27 (UTC +04:00)

Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir


Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, müntəzəm beynəlxalq uçuşların bərpası ölkələrin, hava limanlarının və aviadaşıyıcıların müəyyən etdiyi qaydalar və ümumi sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, ikitərəfli əsasda müqabil tərəflə əldə olunacaq razılaşma əsasında həyata keçirilir.

Tibbi maskaların xüsusi tələb (məsələn, qeydiyyat və minik zamanı, uçuşqabağı təhlükəsizlik baxışı və sərhəd nəzarəti proseduru icra olunarkən səlahiyyətli şəxsin tələbi ilə) və zərurət olmadan (məs. qidalanma zamanı) çıxarılması yol verilmir.

Həmçinin, hava limanında tibbi yoxlamanın operativ təşkili üçün Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar pasport məlumatlarının və COVID-19 müayinəsinə dair testin neqativ nəticələri göstərilməklə, reysdəki sərnişinlər barədə məlumatın (siyahının) belə yoxlamanı aparan quruma vaxtında ötürülməsi məqsədilə hava limanında təyin edilmiş yerüstü xidmətlər göstərən operatora SİTATEX vasitəsilə GYDADXH ünvanına əvvəlcədən ötürməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2488
avatar

Oxşar yazılar