“Bu gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, yağış yağacaq”.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunacaq, yağış yağacaq.
“Dağlıq ərazilərdə qar yağacaq. Sabah səhər saatlarından ölkə ərzisində hava şəraiti mülayimləşəcək. Dəyişkən buludlu, əsasən yağmursuz olacaq”, - o əlavə edib.