Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları “evdəqal” aksiyası çərçivəsində və karantin rejimi zamanı daxili imkanlar hesabına imkansız ailələlərə və tənha yaşayan yaşlı insanlara ərzaq yardımı göstərib.
Lent.az-ın məlumatına görə, 30 imkansız ailəyə ərzaq yardımı göstərilməklə yanaşı onlarla profilaktiki söhbətlər aparılırb. Qeyd edilib ki, görülən karantin tədbirlərinin vətəndaşlar arasında koronovirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi daşıyır.