Gürcüstandan göndərilən vətəndaşlarımızda koronavirus aşkarlanıb?
23 iyun 2020 10:11 (UTC +04:00)

Gürcüstandan göndərilən vətəndaşlarımızda koronavirus aşkarlanıb?

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halı müəyyən edilməyib.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Tbilisidəki konsulu Ramel Lətifov bildirib.

Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyəsi üçün heç bir maneə qalmayıb. 

Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra  Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış 3 xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək. Təxliyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2368
avatar

Oxşar yazılar