Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonu, Sartiçala kəndinin sakinləri etiraz aksiyası keçiriblər.
APA-nın yerli bürosu xəbər verir ki, sakinlər uzun illərdir kənddə içməli su probleminin mövcud olmasına etiraz ediblər. Onların sözlərinə görə, hazırda içmək üçün istifadə edilən su texniki sudur. Bildiriblər ki, artıq iki həftədir kəndə su təchizatı tamam dayanıb.
Etirazçılar aksiyasının xəbərdarlıq mahiyyəti daşıdığını, problem həll edilməsə, daha genişmiqyaslı aksiyanın keçiriləcəyini qeyd ediblər.