Gürcüstan və Rusiyadan 428 vətəndaşımız ölkəyə döndü
23 iyun 2020 18:40 (UTC +04:00)

Gürcüstan və Rusiyadan 428 vətəndaşımız ölkəyə döndü

COVID-19 pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmiryol sərnişin daşıması müvəqqəti dayandırıldığından vətəndaşların qəbulu məqsədilə xüsusi çarter reysləri və ölkələrin quru sərhədlərində yaradılan xüsusi keçiddən istifadə olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri əsasında Gürcüstandan ölkəmizə daha 176 nəfər soydaşımız əvvəlcədən müəyyən olunan siyahı əsasında Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçərək vətənə qayıdıb.

Bununla yanaşı, Azərbaycan və Rusiya sərhədindəki Samur sərhəd-nəzarət məntəqəsi vasitəsilə ölkəmizə gəlmək istəyən 252 vətəndaşımızın da Azərbaycana qayıtması təmin edilib.

Sərhədi keçən vətəndaşlar Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq karantin zonalarında yerləşdirilirlər.

Xatırladaq ki, xarici ölkələrdə olan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımızın geri qayıtması ilə əlaqədar koronavirus pandemiyası dövründə  ardıcıl tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2491
avatar

Oxşar yazılar