Güclü küləklə bağlı XƏBƏRDARLIQ
20 noyabr 2020 13:41 (UTC +04:00)

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 23-ü axşamadək davam edəcəyi, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir.

Qərb küləyi noyabrın 23-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4363

Oxşar yazılar