Güclü külək nə vaxta qədər əsəcək? - PROQNOZ
16 aprel 2020 12:50 (UTC +04:00)

Güclü külək nə vaxta qədər əsəcək? - PROQNOZ

Azərbaycanda aprelin 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz  13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 
 
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəldikdə, aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Aygün İbrahimli

Oxşar yazılar