Gəncə şəhərində karantin rejimi gənclər tərəfindən pozulub.
DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, ölkədə tətbiq olunan karantin rejiminin təmin edilməsi üçün Şəhər Polis İdarəsi və tabeli orqanların əməkdaşları tədbirləri davam etdirir.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları ərazidə xidmətdə olarkən karantin rejiminə əməl etməyən 10 nəfərdən artıq gəncin futbol oynadığını müəyyən edib. Polis əməkdaşları onlarla profilaktiki söhbətlər apararaq, mümkün qədər evdən çıxmamağı tövsiyə edib. Daha sonra həmin şəxslər ailələrinə təhvil verilib və rejimə əməl etmələri barədə valideynlərinə xəbərdarlıq edilib.