Fərdi avtomobildən bu halda sərbəst istifadə etmək olar
20 iyun 2020 15:02 (UTC +04:00)

Fərdi avtomobildən bu halda sərbəst istifadə etmək olar


Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sabahdan başlayaraq iki həftə sərtləşdirilmiş xüsusi karantin rejimində fərdi nəqliyyat vasitələrinin hərəkətinə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, haqqında məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilən şəxslər sərtləşdirilmiş xüsusi karantin dövründə fərdi avtomobillərdən istifadə edə bilərlər.

K.Əliyev bu halda fərdi avtomobil üçün xüsusi icazə alınmasının tələb edilmədiyini nəzərə çatdırıb.

Şöbə rəisi SMS icazə vasitəsi ilə 2 saat müddətinə evdən çıxan şəxslərin də fərdi nəqliyyat vasitələrindən istifadə edə biləcəklərini qeyd edib. Onun sözlərinə görə, SMS icazə ilə çıxan şəxslər istər ictimai nəqliyyatla, istər taksi ilə, istərsə də fərdi avtomobilləri ilə hərəkət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32614
avatar

Oxşar yazılar