Fevralın 12-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Nərimanov rayonu 202 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib.
FHN-dən Lent.az-a bildirilib ki, tədbir şagird və müəllimlərin fövqəladə hadisələrlə bağlı maarifləndirilməsi məqsədilə təşkil edilib.
Tədbirin işində Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak edib.
FHN Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “112” qaynar xətti”, Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi tərəfindən “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı tərəfindən isə “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmiş, mövzulara aid maarifləndirici videoçarxlar nümayiş olunub.