24 mart - 1 aprel tarixlərində Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə daxil olan 27486 müraciətdən 5278-ni sosial xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlər təşkil edib.
Nazirlikdən Lent.az-a bildirilib ki, müraciətlər əsasında yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər olduğu müəyyən edilən 2472 vətəndaş evlərində sosial məişət xidmətləri ilə əhatə olunub.
Bununla da evlərində sosial xidmətlərlə təmin olunan yaşı 65-dən yuxarı tənha şəxslərin sayı 12 minə çatıb.
Nazirliyin sosial xidmət işçiləri tərəfindən könüllülərin də dəstəyi ilə həmin tənha yaşayan şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və digər köməkliklər göstərilir.