Elektrik enerjisi borcu olanların NƏZƏRİNƏ
25 mart 2020 15:17 (UTC +04:00)

Elektrik enerjisi borcu olanların NƏZƏRİNƏ

Son günlər sosial şəbəkələrdə və Bakı şəhərinin Nizami və Yasamal rayonları ərazilərində  “Abonentlərin nəzərinə xəbərdarlıq” – istifadə olunan elektrik enerjisinin borcuna görə martın 23-də saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir.

Lent.az bildirir ki, bununla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti açıqlama yayıb. 

Bildirilir ki, yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

“Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma,təmir-tikinti,elanlar və digər işlər cəmiyyətin mətbuat xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

Oxşar yazılar