Ekologiya və Təbii Sərvətlər naziri Kağızın Təkrar Emalı Fabrikini ziyarət etdi
27 fevral 2020 17:36 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər naziri Kağızın Təkrar Emalı Fabrikini ziyarət etdi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri ölkəmizdə fəaliyyət göstərən təkrar emal müəssisələrini ziyarət edib. Ziyarət çərçivəsində nazir Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikinə baş çəkib. Dövlət rəsmisini qarşılayan AKKİK-nn direktoru Elşən Osmanov istehsal müəssisəsi barədə məlumat verərək fabrikin həm də Azərbaycanda reallaşdırılmış ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biri olduğunu bildirib. İllik istehsal həcmi 50 min ton olan fabrik 2014-cü ildən fəaliyyət göstərir və Azərbaycanın ən böyük tullantı kağızların təkrar emalı müəssisəsidir. İstehsal prosesi ilə tanış olan nazir müəssisənin qarşılaşdığı problemlər və çətinliklərlə də maraqlanaraq dövlətin ətraf mühitin mühafizəsi və ekoloji balansın qorunmasına xüsusi həssaslıqla yanaşdığını və hər zaman bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara dəstək verməyə hazır olduğunu bildirdi.


Qeyd edək ki, Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı tərəfindən 1 ton tullantı kağızın təkrar emalı nəticəsində  17 şam ağacının kəsilməsinin, 38.8 ton suyun israf edilməsinin, 85 m2 meşə sahəsinin məhvinin qarşısı alınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar