GƏNCƏ QİYAMI
(1993)
1. 1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan dövlətçiliyi əleyhinə hərbi qiyam baş verib. Qiyama Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynov başçılıq edib. Onun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, Gəncəyə göndərilmiş hökumət isə qiyamçılar tərəfindən girov götürülüblər. Silahlı toqquşma nəticəsində hər iki tərəfdən 35 nəfər həlak olub ki, onların da əksəriyyəti Prezident Qvardiyasının hərbçiləri olub. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Qarşıdurmanın yatırılması üçün AXC-Müsavat hakimiyyəti Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edib. İyunun 9-da Bakıya gələn Heydər Əliyev daha sonra Gəncəyə gedərək qiyamçılarla görüşüb. İyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçilib, iyunun 17-də isə Prezident Əbülfəz Elçibəy paytaxtı tərk edərək,doğulduğuOrdubad rayonununKələkikəndinə gedib. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Heydər Əliyev ölkəyə rəhbərliyi öz üzərinə götürməyə məcbur olduğunu bəyan edib, iyunun 24-dən isə parlamentin qərarı ilə Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.
FATMA MEHRƏLİYEVA
(1926-2000)
2. Azərbaycanın əməkdar artisti, müğənni (lirik soprano) Fatma Yusif qızı Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olub. Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərib, müəllimləri onun bu məharətini dəyərləndirərək bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndəriblər. Bənzərsiz səsi ilə ifa etdiyi “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və başqa mahnılarla musiqi tariximizdə qalıb. Onun oxuduğu “Kəsmə şikəstə” Azərbaycan muğam ifaçılığı tarixinə qızıl hərflərlə yazılıb. "Arşın mal alan" filmində Telli rolunu ifa edən Fatma Mehrəliyeva 2000-ci ilin 4 yanvarında vəfat edib.
SÜCAƏT ƏHMƏDOV
(1943-2002)
3. Azərbaycanın el şairi Sücaət Yunus oğlu Əhmədov1943-cü ilin bu günü Kəlbəcərdə müəllim ailəsində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. İki dəfə həbs edilib, ömrünün 8 ilini zindanlarda keçirib. Kəlbəcərdə mağaza müdirini vurduğu üçün universitetdən xaric edilib və həbs olunub. Kəlbəcərin məşhurİstisu kurortundarəhbər vəzifələrdə çalışıb. "Sən ağlama, mən ağlaram", "Dəli dağın dəliləri hardadır?", "Sücaəti unutma sən" və başqa kitabların müəllifidir. Sücaət Əhmədov 7 noyabr2002-ci ildəGəncəşəhərində vəfat edib və Göy-Göl rayonunda dəfn olunub.
FİRUZ ƏLİYEV
(1950)
4. Azərbaycanın xalq artisti, tarzən Firuz Əliyev 1950-ci il iyunun 4-də Buzovna qəsəbəsində anadan olub.Asəf Zeynallı adına musiqi kollecində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı mədəniyyət evində müəllim kimi başlayıb, daha sonra xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərib. "Abşeron" instrumental ansamblının bədii rəhbəridir.Müxtəlif illərdə ABŞ, Kanada, Fransa, Braziliya, Yunanıstan, Türkiyə və başqa ölkələrdə qastrolda olub.Dəfələrlə beynəlxalq müsabiqələrdə və festivallarda iştirak edib, laureat adına layiq görülüb. Firuz Əliyev hazırda Azərbaycan Milli Konservatoriyasında dosent vəzifəsində çalışır.
RÖVŞƏNƏKBƏROV
(1965)
5. Azərbaycanın Milli Qəhrəmanı, general leytenant Rövşən Telman oğlu Əkbərov 4 iyun 1965-ci ildəBakı şəhərindədünyaya gəlib. 1979-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə, 1982-ci ildə Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi komandanlığının sərəncamına göndərilib və motoatıcı alayında kəşfiyyat bölüyünün taqım komandiri təyin olunub. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilib. 1990-1992-ci illərdə Beyləqan rayonunda hərbi komissarın köməkçisi, 1992-93-cü illərdə 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissənin tabor komandirinin müavini, 1993-95-ci illərdə motoatıcı alayın komandiri, 1995-1997-ci illərdə 777 saylı motoatıcı briqadanın komandiri vəzifələrində işləyib. 1997-ci ildə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsi rəisinin müavini, 1998-ci ilin may ayında isə Ordu Korpusu komandiri vəzifəsinə təyin edilib. 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. İki dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Rövşən Əkbərov Azərbaycan Prezidentinin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
ELDAR QASIMOV
(1989)
6. Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuş azərbaycanlımüğənni Eldar Pərviz oğlu Qasımov 1989-cu ilin iyununda Bakışəhərində anadan olub.2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alıb. 2006-2010-cu illərdəBakı Slavyan Universitetinintələbəsi olub,2010-cu ildə isəBSU-nunbeynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Bir müddət Almaniyada yaşayaraq, alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənib. 2011-ci ildə Nigar Camalla birlikdə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Ata xətti ilə ulu nənəsi SSRİ xalq artistiMərziyyə Davudova, ulu babası Azərbaycanın ilk kinorejissorlarından biri, əməkdar artist,aktyor Abbas Mirzə Şərifzadə, nənəsi isə Azərbaycanın xalq artistiFirəngiz Şərifovadır.
SOLMAZ QURBANOVA
(1939-2013)
7. Azərbaycanın xalq artisti, aktrisa Solmaz Cəbrayıl qızı Qurbanovanın anım günüdür. O, 1939-cu il noyabrın 16-daBakıdaanadan olub. 1955-ci ildənAzərbaycan Gənc Tamaşaçılar Teatrındanfəaliyyətə başlayıb. Bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb. Azərbaycan milli teatr sənəti sahəsindəki xidmətlərinə görə 1979-cu ildə əməkdar artist, 1991-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2005-ci ildən Prezident təqaüdçüsü olan Solmaz Qurbanova 2013-cü ilin iyununda Bakı şəhərində dünyasını dəyişib.
RUHULLAH XOMEYNİ
(1902-1989)
8. İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin xatirə günüdür. O, 1902-ci il sentyabrın 24-də İranın Xomeyn şəhərində anadan olub. Ərak və Qum şəhərlərindəki Elmiyyə mədrəsələrində təhsil alıb. Siyasi səhnədə tanınmazdan əvvəl onilliklər ərzində Nəcəf və Qum seminariyalarında mühazirə oxuyub, şiə məzhəbi üzrə İslamın aparıcı alimlərindən olub. İslam fəlsəfəsi, hüquq və etika mövzusunda çoxlu əsərlər yazıb. İrandakı şah rejiminə və Pəhləvi sülaləsinə qarşı mübarizə apardığı üçün dəfələrlə həbs və sürgün edilib. 1965-1978-ci illərdə İraqda. 1978-1979-cu illərdə Fransada sürgündə olub. İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra 11 fevral 1979-cu ildə İrana qayıdıb və faktiki olaraq ölkənin liderinə çevrilib. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə edib. Ruhullah Xomeyni 1989-cu ilin iyununda vəfat edib.