“Bu gün axşam saatlarından başlayaraq respublika ərazisində dərin inversiya qatı və nisbi rütubətin artması ilə bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.
Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev bildirib.
O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normandan bir qədər artıqdır.
“Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir”,-deyə o bildirib.