Dərslər nə zaman başlayacaq? - Nazirdən CAVAB
14 aprel 2020 23:23 (UTC +04:00)

Dərslər nə zaman başlayacaq? - Nazirdən CAVAB

"Təhsil sistemi çox böyük bir sistemdir. Təhsil siistemində tam olaraq tədrisin bərpa olunması 2 milyon insanın gündəlik hərəkəti deməkdir".
Lent.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin "Hədəf" verilişində tədrisin nə zaman bərpa olunacağı ilə bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, ölkə rəhbərinin tapşırığına uyğun olaraq Azərbaycanda ilk koronavirus halı təsdiq olunduqdan cəmi bir neçə gün  sonra - mart ayının 3-də bütün təhsil müəssisələrində  tədris prosesinin dayandırılmasına qərar verildi:

"Azərbaycan bu istiqamətdə də ilklərdən biri oldu. Azərbaycanda hazırda sanitar-epidomoloji vəziyyət tam nəzarətdədir. 
Bütün bunları nəzərə alaraq düşünürəm ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün məsələləri və riskləri nəzərə alaraq ölçülüb-biçilmiş formada qərar qəbul edəcək. Tədrisin dayandırılma müddətinin uzadılması ilə bağlı qərar olarsa düşünürəm ki, bu həftə ərzində məlumat veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3062
avatar

Aygün İbrahimli

Oxşar yazılar