Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib.
DİM-dən Lent.az-a verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 2020-ci il martın 18-dən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.
Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.