Direktor olmaq istəyənlər üçün təlimlər başladı
14 oktyabr 2020 12:53 (UTC +04:00)

Direktor olmaq istəyənlər üçün təlimlər başladı

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün təlimlərə start verilib.

İdarədən Lent.az-a verilən məlumata görə, mövcud karantin rejimi qaydalarına uyğun olaraq 9 təlimçi tərəfindən ayrı-ayrı qruplar üzrə keçirilən təlimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslər iştirak edir.

İdarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılır.

Təlimlərdə təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrlar öz təcrübələrini bölüşür, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini təlim iştirakçılarına çatdırır. Həmçinin təlimlərdə məktəbin əsas hədəfləri və özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşması haqqında müvafiq məlumatlar verilir.

Qeyd edək ki, ictimai əsaslarla (ödənişsiz) keçirilən təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712
avatar

Aygün İbrahimli

Oxşar yazılar