Deputat Rəşad Mahmudov koronavirusdan sağaldı: "3 təhlükəli ..."
27 noyabr 2020 15:33 (UTC +04:00)

Deputat Rəşad Mahmudov koronavirusdan sağaldı: "3 təhlükəli ..."

0

Milli Məclisin koronavirusa yoluxmuş deputatı Rəşad Mahmudov sağalıb.

Lent.az məlumat verir ki, bu barədə deputatın özü bildirib. O qeyd edib ki, ağciyər tutulması ilə evdə sadəcə doğru dərman (ağızdan antiviral tabletka, vitamin C ve parasetamol gəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olunub:

"Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə COVID-19 müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür:

1. Kontrol edilməyən qorxu və stress,
2. Oksigen saturasiyası 90 faizin altına düşmədən sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi,
3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması.

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqdır. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm.

Arzum qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3199

Oxşar yazılar