Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair statistikanı yayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 14, işçi sayı 2 olub.
Son sutka ərzində koronavirusa yoluxan şagirdlərin sayı 33, işçi heyətinin sayı isə 12 nəfər təşkil edib.
Bu müddət ərzində daha 8 sinif və 7 məktəb distant təhsilə keçirilib.
Əyani təhsilə qaytarılan siniflərin sayı isə 3 olub.
Bu günə kimi cəmi distant təhsilə keçirilən siniflərin sayı 60, məktəblərin sayı isə 37-dir.